Alimlər müəyyən ediblər ki, mikroplastiklər beyin hüceyrələrinə təhlükə yaradaraq hematoensefalik (qan-beyin) baryerini keçə bilirlər.
Foodinfo.az bildirir ki, ətraf mühitin təsirinə məruz qalan ikincil mikroplastiklərin daha intensiv iltihab reaksiyasına səbəb olması xüsusi narahatlıq doğurur.
Gəmiricilər üzərində aparılan təcrübələr zamanı məlum olub ki, mikroplastik nəinki qanda iltihabi prosesləri gücləndirir, həm də neyronların ölümünə səbəb olur.
Əlavə tədqiqatlar göstərir ki, polistirol fraqmentləri insan mikroqliyasına - sinir sisteminin yad elementlərdən qorunmasına cavabdeh olan hüceyrələrə - mənfi təsir göstərir. Plastiklə təmas nəticəsində hüceyrələrdə zərərli zülalların miqdarı kəskin şəkildə artır.
Beləliklə, ətraf mühitdə mikroplastiklərin olması insan sağlamlığı, xüsusən də sinir sistemi üçün ciddi təhlükə yarada bilər.
Fərid