Vaşinqtonda 85 yaşlı təqaüdçü arvadının bişirdiyi blinçikləri yemək istəmədiyi üçün münaqişə zəminində həyat yoldaşına bıçaqla hücum edib. Foodinfo.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Saxlanılan 85 yaşlı Stiven Şvartsın sözlərinə görə, qalmaqal həyat yoldaşının hazırladığı blinçikləri yemədiyi üçün başlayıb.
Qadın qəzəblənərək divara boşqab atıb, Şvarts isə bıçağı götürüb. O, zərərçəkənə bir neçə xəsarət yetirib. Qışqırtıları eşidən qonşular polis çağırsa da yaşlı qadını xilas etmək mümkün olmayıb.
Təqaüdçü müstəntiqlərə izah edib ki, bu yaxınlarda insult keçirib və xeyli arıqlayıb, ona görə də arvadı ona tez-tez yüksək kalorili yemək təklif edir, o, tibbi səbəblərdən imtina edib.
Fərid