
Böyük Britaniyada son illərdə təhlükəli, nəhəng Asiya hornetlərinin sayında kəskin artım müşahidə olunur. Bu böcəklər təkcə yerli növlərə deyil, insanlara da təhlükə yaradır.
Foodinfo.az "Daily Star"a istinadən xəbər verir ki, bu böcəklər spirtli içkilərə qeyri-adi asılılıq nümayiş etdirirlər.
Belə ki, hornetlər yay şənliklərində, "pub" terraslarında əllərində pivə fincanları, şampan və ağ şərab qədəhləri olan insanların yanında müşahidə olunublar.
Bu, böyük narahatlıq doğurur, çünki yırtıcı həşəratlar bal arılarına, kəpənəklərə, eşşək arılarına zərər verə, biomüxtəlifliyə təhlükə yarada bilər.
Asiyalı hornet mütəxəssisi Frensis Rassel vurğulayır ki, bu böcəklər çox aqressivdirlər və yuvalarına hətta təsadüfən dəyən hər kəsə hücum edə bilərlər. Hornet sancması son dərəcə ağrılıdır, anafilaktik şok və hətta ölüm də daxil olmaqla ciddi fəsadlara səbəb ola bilər.
Fərid