
Rusiya alimləri insan genetikasını araşdıraraq, onun xəstəliklərə meylini təyin etməyi öyrəniblər.
Foodinfo.az xəbər verir ki, "MyGenetics" şirkətinə məxsus olan və "Metabolic Kit 60" adı ilə qeydiyyatdan keçən yeni genetik test sizə arıqlamaq üçün ən uyğun pəhriz və məşq proqramı seçməyə kömək edə bilər.
"Enerji Mübadiləsi Genetikası" kimi tanınan bu test həm piylənməyə meylliliyi müəyyən edir və müxtəlif pəhriz tövsiyələrinin effektivliyini qiymətləndirir, həm də insanın genetik xüsusiyyətlərini nəzərə alaraq düzgün idman növünü seçməkdə kömək olur.
Bəzi genlər ürək əzələsinin oksigenlə doymasına təsir edir. Ürəyin doyma sürətini müəyyən etdikdə, onu həddən artıq yükləmədən çəki itirmək üçün fiziki fəaliyyəti optimallaşdırmaq olur. Bəzi insanların ştanq qaldırmaq kimi intensiv məşqlərlə məşğul olması daha yaxşıdır, digərləri üçün isə velosiped sürmək kimi yüngül idman növləri məsləhətdir.
"MyGenetics"in rəhbəri Vladimir Volobuyev bildirir ki, genetik testin nəticələrinə əsasən düzgün tövsiyələr əldə etmək mümkündür.
Genetik Borinskaya isə xəbərdarlıq edib ki, optimal həyat tərzi üçün edilən genetik testlər müəyyən xəstəliklərin inkişaf riskini bir qədər artıran yalnız kiçik mutasiyaları aşkar edə bilər. Buna görə də, sağlamlıqla əlaqəli riskləri proqnozlaşdırmaq üçün belə testlərə tam güvənmək olmaz.
Nərmin