Turistlər İspaniyanın Alikante, Benidorm və Poniente kurort şəhərlərinin sahillərində balıq hücumlarının artması hallarından şikayətlənirlər.
Foodinfo.az xəbər verir ki, bu barədə yerli “Informacion” qəzeti məlumat yayıb .
Qeyd edilir ki, təkcə Alikantedə təxminən 15 nəfər balıq dişləməsindən şikayətlənib.
Bildiriir ki, insanlara hücum edənlər qara quyruqlu oblada balıqlarıdır..
Adətən bu növ balıqlara turistlərin onları qidalandırdığı kiçik Tabarka adasının yaxınlığında rast gəlinir. Lakin bu il həmin balıqlar kurort şəhərlərinin sahillərinə yaxınlaşıblar. Mütəxəssislərin fikrincə, bu balıqlar insanlara öyrəşiblər, ona görə də onlardan uzaqlaşmırlar, lakin dişləmələri ağrılı ola bilər.
Bir sıra ekspertlər Aralıq dənizində temperaturun yüksəlməsinin dəniz canılarının vərdişlərinə təsir etdiyi ilə razılaşırlar. Dəniz Elmləri və Tətbiqi Biologiya Departamentinin elmi işçisi, professor Alfonso Ramosun sözlərinə görə, dəniz xeyli istiləşəndə balıqların maddələr mübadiləsi sürətlənir və onlar daha çox qidaya ehtiyac duyurlar.
Klimatologiya Laboratoriyasının direktoru Xorxe Olsinanın sözlərinə görə isə son on ildə Aralıq dənizində adətən daha isti su hövzələrində yaşayan balıq növləri növləri getdikcə artıb.