Bu ən sadə və eyni zamanda nəfis desertlərdən biridir.
Lazım olan məhsullar:
Çiyələk - 500 qr
Qaymaq - 400 qr
Şəkər tozu - 3/4-1 stəkan
Vanil - 1 bağlama
Hazırlanması:
1. Çiyələk yuyulur, təmizlənir və 4 hissəyə bölünür.
2. Soyuq qaymaq mikserlə şəkər tozu ilə yaxşı çalınır (kütlə 2 dəfə artmalıdır), vanil əlavə olunur.
3. Çiyələk dondurma üçün olan qablara qoyulur, üzərinə zövqə görə şəkər tozu əlavə olunur.
4. Daha sonra üzərinə çalınmış qaymaq əlavə olunur və dərhal qonaqlara verilir.
Nuş olsun!