Evdə lavaş və pendir varsa, ondan möhtəşəm qəlyanaltı hazırlaya bilərsiniz. Hazırladığını bu lavaş piroqu həm çox dadlı, həm də çox asan olacaq. 

Foodinfo.az lent.az-a istinadla bu möhtəşəm resepti təqdim edir: 

Lazım olan ərzaqlar:

Lavaş - 220 qram;

Yumurta - 4 ədəd;

Süd - 250 ml;

Ağ pendiri - 250 qram;

“Suluguni” pendiri - 150 qram;

Yağ - 4 yemək qaşığı;

Göyərti - bir dəstə.

Hazırlanması:

Yumurtaları süd və bitki yağı ilə çalın. Doğranmış göyərti, sürtgəcdən keçirilmiş pendiri və doğranmış lavaşı əlavə edin. Hər şeyi yaxşıca qarışdırın ki, lavaşlar tamamilə nəmlənsin və perqamentlə örtülmüş bir qaba qoyun. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 35 dəqiqə qızarana qədər bişirin.

Hazırlanma qaydasına aşağıdakı videoda baxa bilərsiniz.

Nuş olsun!