Malayziyanın paytaxtında yerləşən “First World Hotel” dünyanın ən böyük oteli kimi tanınır. 

Akvapark, ticarət və əyləncə mərkəzinə malik otelin sahəsi 46 min kvadratmetrdir. Otel kompleksində 7351 nömrə var. 2006-cı ildə rekord qıran bu obyekti 2008-ci ildə Las-Veqasda yerləşən Venesiya və Palazzo komplek­si böyüklüyünə görə üstələyib. 7 ildən sonra “First World Hotel” əlavə olaraq 1233 qonaq otağı ilə təchiz olunmaqla dünyanın ən böyüyü titulunu bərpa edib.