İtaliyanın Neapol şəhərində “Dəhşət pizzacısı” adlı festival açılıb. Bu barədə İtaliyanın Coldiretti kənd təsərrüfatı istehsalçıları assosiasiyasının saytı məlumat yayıb.
Foodinfo.az bildirir ki, təşkilatçı italyanların fikrincə, İtaliyadan kənarda tapılan ekzotik, bəzən isə iyrənc yeməklərlə pizza nümayiş etdiriblər. Məsələn, eksponatlar arasında ilan ətindən Honq-Konqdan pizza var idi. Vyetnam, Tayland və digər Cənub-Şərqi Asiya ölkələrindən gələn pizzalarda böcəklərdən istifadə edilib. Avstraliya pizzasında kenquru və dəvəquşu əti, Cənubi Afrikadan gələn pizzada isə zebra əti var olub.
Ziyarətçilər ABŞ-dan gələn pizzada toyuq, ananas, makaron və pendir tapıblar.