Dünya universitetlərinin akademik uğurlarını sıralayan Şanxay Ranking bu ilin ən yaxşı 1000 universitetini açıqlayıb.
Shanghai Ranking Consultancy tərəfindən hazırlanan siyahıya görə, dünyanın ilk üç universiteti müvafiq olaraq ABŞ-dan Harvard Universiteti, Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT) olub.
Foodinfo.az-ın xəbərinə görə siyahıda Türkiyənin İstanbul Universiteti ilk minlikdə 401-500 aralığında, Sağlamlıq Elmləri Universiteti 601-700 sıra, Hacettepe Universiteti və İstanbul Texniki Universiteti 701-800 sıra, Ankara Universiteti 801-900 sıra, Ege Universiteti, Erciyes Universiteti və Qazi Universiteti 901-1000 sırada yer alıb.
Harvard Universiteti 21-ci dəfə reytinq siyahısına başçılıq etməyi bacarıb, ilk 10-luqdakı digər universitetlər isə Kembric (4-cü), Berkli (5-ci), Prinston (6-cı), Oksford (7-ci), Kolumbiya (8-ci), Kaltek (9-cu), Çikaqo (10-cu), Paris-Saclay Universiteti (15-ci) olub
Ümumilikdə 2500-dən çox universitet siyahıya alınmışdır, ən yaxşı 1000 universitet isə dərc edilmişdir. Reytinq müxtəlif meyarlar əsasında tərtib edilir. Buna uyğun olaraq təhsilin və fakültənin keyfiyyəti, tədqiqatın səmərəliliyi və adambaşına düşən performans qiymətləndirilir.
Bu qiymətləndirmələrdə 6 kateqoriya olduğu halda, hər kateqoriya üzrə ən yüksək bal toplayan universitet 100 bala çatır, digərləri isə ən yüksək balın faizinə görə hesablanır. Yekun reytinqdə hər bir kateqoriya üzrə toplanan balların orta çəkisi götürülür və ən yaxşı universitet cəmi 100 bala mütənasibdir.