Erməni model Kim Qardaşyan Türklərin dədə-baba yeməyi lahmacunu “erməni pizza”sı kimi təqdim edib. Foodinfo.az məlumat verir ki, model bununla bağlı 163 milyon izləyicisi olan şəxsi “Instagram” hesabından paylaşım edib. Belə ki, o, şam üçün sifariş etdiyi yeməyi, Türklərin dadlı yeməyi lahmacunu “erməni pizza”sı olaraq tanıdıb. Bu saxtakarlığa türkiyəli məşhurların reaksiyası da gecikməyib. Demet Akalın paylaşımın altına xeyli Türk bayrağı smaylikləri qoyaraq "Lahmacun in the Turkey baby" - sözlərini yazıb. Digər müğənni Ebru Polat isə "Lahmacun canım o ermeni pizzası değil" - deyərək reaksiya göstərib.   Namiq Musayev