Əksər xanımlar evdə müxtəlif şirniyyatlar, tortlar hazırlamağı çox sevirlər. Foodinfo.az evdə rahat şəkildə hazırlana biləcək tort reseptini verir. Tərkibi: 250 qram kərəyağı (otaq temperaturunda olmalıdır), 400 qram toz şəkər, 2 yemək qaşığı isti süd, 1 paket vanil Qida rəngi Hazırlanması: Kərə yağı krem olana qədər mikserlə qarışdırın. Toz şəkər əlavə edin və mikserin yüksək sürəti ilə 7 dəqiqə qarışdırın. Sonra isti süd və vanil əlavə edin. Qida boyasını əlavə edin. Krem salafanına qoyub 30 dəqiqə soyuducuda saxlayın. QEYD: 3 aya qədər soyuducuda saxlaya bilərsiniz. İstifadə etməzdən əvvəl dərin dondurucudan çıxarın və otaq temperaturunda yumşaldın. Bu, tortcuların çox istifadə etdiyi kremdir. Tort və cupcakes çiçəklər kimi bəzəkli şirniyyatlar üçün istifadə olunur. Yağlı krem, tez-tez xaricdə tort üçün üstünlük təşkil edir. Nuş olsun !