Alimlər geni dəyişdirilmiş donuz böyrəklərini insana uğurla köçürüblər. Böyrəklər artıq bir həftədir ki, rədd edilmə əlamətləri olmadan işləyir.
Foodinfo.az xəbər verir ki, belə bir irəliləyiş orqan transplantasiyasını gözləyən xəstələrin siyahısını azaltmağa kömək edə bilər.
Orqan transplantasiyası bir çox xəstələr üçün yeganə çıxış yoludur. Lakin donor çatışmazlığı kritik problem olaraq qalır.
Ksenotransplantasiya və ya heyvanlardan insanlara orqan transplantasiyası mümkün həll yolu kimi nəzərdən keçirilir. Donuzlar orqanlarının böyüklüyünə görə ən uyğun heyvan hesab olunurlar.
Rədd edilmə riskini minimuma endirmək üçün alimlər müəyyən genləri çıxarıb, insan genlərini daxil etməklə donuz orqanlarını genetik cəhətdən dəyişdiriblər.
Alabama Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırmada xroniki böyrək xəstəliyi olan 50 yaşlı kişi iki geni dəyişdirilmiş donuz böyrəyi alıb.
Əməliyyatdan sonrakı bir həftə ərzində böyrək funksiyası parametrləri sabit olaraq qalıb və rədd edilmə əlamətləri olmayıb.
Nərmin