"Google" şirkəti ilk olaraq 2010-cu ildə istifadəyə verilən "sağlamlıq mərkəzi proqramı"nı bütün ABŞ ərazisi boyu yeni məkanlar açmaqla genişləndirir.
Foodinfo.az xəbər verir ki, sağlamlıq mərkəzləri "Google" işçilərinə şirkətin kampusunda illik müayinələr, peyvəndlər, psixi sağlamlıq dəstəyi, fizioterapiya, manual terapiya, tibbi konsultasiya və testlər daxil olmaqla, müxtəlif xidmətləri təqdim edir.
İlkin olaraq, mərkəzlər Mauntin Vyu/Bey, Nyu-York, Kembric və Sietl/Kirklend şəhərlərində açılıb, 2024-cü ilin yayınadək isə "Google" Ostin, Boulder və Çikaqoda yeni mərkəzlər açmağı planlaşdırır.
Genişləndirilmiş xidmətlərə aptek, dermatologiya, ginekologiya və s.daxildir. Bu sağlamlıq mərkəzləri təkcə "Google" əməkdaşları üçün deyil, həm də onların ailələri, eləcə də ABŞ-a səfər edən əcnəbi işçilər üçün nəzərdə tutulub.