Zahiri görünüşdəki bəzi dəyişikliklər ciddi xəstəliklərin əlaməti ola bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova özünün "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, xəstəliyin ən təhlükəli xarici təzahürlərindən biri qısa müddət ərzində kəskin çəki artımı və ya itkisidir.

Həkim arıqlığın daha təhlükəli olduğunu qeyd edib, çünki  buna səbəb bir çox xəstəliklər, o cümlədən xərçəng ola bilər. Piylənmə də həmişə həddindən artıq yeməklə əlaqəli deyil. Bu, ciddi "emosional dram"ın nəticəsi ola bilər.

Bundan əlavə, gənclərdə "qocalma əlamətləri"nin yaranması da təhlükəlidir. Üzdə qırışlar, solğun dəri, şişkin göz qapaqları endokrin, eləcə də ürək-damar və sidik sistemlərində problemlərin əlaməti ola bilər.

Həkim əlavə edib ki, həmişə şən və optimist olan insan birdən-birə kədərli, yorğun görünən deyingən pessimistə çevrilibsə, ehtiyatlı olmaq lazımdır. Bu, hormonların balansıda və ümumiyyətlə  orqanizmin fəaliyyətində ciddi pozuntuların göstəricisi ola bilər. Şiddətli depressiya da bu cür hallara səbəb ola bilər.

Leyla