1. Balqabaq tumu
Tərkibində olan maqnezium sayəsində əzələlərin gərilməsinin qarşısını alır və özünüzü daha da rahat hiss etmənizə kömək edir. Gündə bir ovuc nizamlı olaraq istehlak edilən balqabaq tumu, qəzəbə nəzarət etməkdə yardımçı vasitələrdən ən birincisidir.
2. Kivi
Çirkli hava orqanizmdə kifayət qədər toksinlərin toplanmasına səbəb olur. Vücudun bu toksinləri ifraz etməməsi sizin qəzəblənmənizə səbəb olur. Bunun üçün antioksidantlardan istifadə etmək lazımdır.
C vitaminin güclü antioksidant təsiri vardır. Kivinin tərkibində yüksək miqdarda C vitamini var. Beləliklə, kivi yemək gündəlik C vitamini ehtiyacının böyük bir hissəsini qarşılayır.
3. Balıq
Tərkibində yüksək miqdarda Omega 3 yağ turşuları olan balıq sinir sistemi sağlamlığı üçün çox vacib qidalardan biridir. Aparılan araşdırmalarda Omega 3 qəbul edən şəxslərin depressiyaya düşmə riskinin daha az olması təyin edilib.
Həftədə 2 və ya 3 dəfə balıq yemək özünüzü xoşbəxt hiss etmənizi təmin edəcək.
3. Yer fındığı
Yer fındığının tərkibində olan elementlər orqanizmdə xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifrazını artırır. Beləliklə, qəzəbə nəzarət üçün ən mühüm qida elementləri arasında yer alır.
Mümkün olduqca duzsuz olanlarına üstünlük verilməli və ifrat dərəcədə istehlak edilməməlidir.
Kolgemedia