Amerikanın Şimali Karolina ştatının Klinton şəhərinin sakini ilk dəfə lotereyada şansını sınamaq qərarına gəlib və dərhal cekpotu udub. Bu barədə NC Education Lottery məlumat yayıb.

Michael Eaves mobil proqramdan istifadə edərək bilet alıb.

Səhəri gün o, püşkatmanın nəticələrini yoxlayıb və 331 min dollar udduğunu müəyyən edib. Amerikalı həqiqətən qalib olduğuna əmin olduqdan sonra həyat yoldaşı ilə pulu hara xərcləyəcəyini müzakirə etməyə başlayıb.

Pul mükafatı ona evinin ipotekasını və avtomobil kreditini ödəməyə kömək edəcək. Eaves həmçinin pulun bir hissəsini kilsələrə və xeyriyyə təşkilatlarına bağışlamağı planlaşdırır.

Nurlan