“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın keçmiş sevgilisi, kanadalı müğənni Qraymsdan 3-cü uşağı da var.

 Foodinfo.az xəbər verir ki, bu barədə jurnalist Valter Ayzeksonun yazdığı və "New York Times"da dərc olunan İlon Maskın yeni tərcümeyi-halında qeyd olunur.

Yaşı hələ açıqlanmayan, Tau ləqəbli uşağın adı Texno Mexanikusdur.

Mask və əsl adı Kler Buşe olan Qrayms aralarıdakı münasibətlər barədə ilk dəfə 2018-ci ilin mayında elan ediblər. Cütlük bundan sonra iki övladının dünyaya gəldiyini açıqlayıb. İlk uşaq 2020-ci ildə anadan olub və ona "X Æ A-Xii" və ya sadəcə "X" adı verilib.

2023-cü ilin mart ayında cütlük Ekza Dark Sidereal Mask və ya "Y" adlı qızlarının doğulması xəbərini paylaşıb.

Mask və Qrayms ayrılsalar da, dost münasibətlərini qoruyurlar.

Texno Mexanikusla birlikdə Maskın hazırda üç fərqli qadından10 bioloji övladının olduğu məlumdur.