ABŞ-nin Minnesota ştatından olan balıqçı Devid Sicoş 4,9 kq ağırlığında olan kijuç balığını tutaraq ştatın 53 illik rekordunu qırıb.

Foodinfo.az xəbər verir ki, bu barədə UPI yazır.

Tutulan balıq Dulut şəhərinə aparılıb və burada rekord mütəxəssislər tərəfindən rəsmi olaraq təsdiqlənib.

Minnesota Təbii Sərvətlər Departamentindən verilən məlumata görə, ştatın daha öncəki rekordu 1970-ci ildə qeydə alınıb.