Bal insan orqanizmi üçün çox faydalı dərman hesab olunur. Qədimlərdən bütün xəstəliklərin aradan qaldırılması üçün baldan istifadə olunub. İnsanlar kimyəvi maddələrdən istifadə etməzdən əvvəl çox uğurla müxtəlif təbii bitkilərdən və baldan hazırlanan qarışıqların sayəsində yaranmış xəstəliyin aradan qaldırılmasına nail olublar. O zamanlar nə cibləri soyan “firma dərmanları”, nə də naşı həkimlərin “tabletka xəstəliyi”  insanlar üzərində təcrübədən keçirilməyib. Saçın ucundan tutmuş ayaq barmaqlarınadək xeyri olan bal Allahın bəşçər övladına bir lütfüdür. Təbii bal tapıb, ondan istifadə qaydalarını öyrənmək həm özünüzün, həm də ailə üzvlərinizin xəstəliklərinin qarşısını ala bilər. Oxuculara balın hədislərdə olan faydalarını təqdim edirik. - Balı heyvan südü ilə istifadə etmək cinsi meyli gücləndirir. - Hər gün qışda üç qaşıq  baldan istifadə etmək soyuq dəymənin qarşısını alır. - Baldan istifadə etmək yaddaşı gücləndirir. - Baldan istifadə etmək ishalı dərman edir. - Baldan istifadə etmək qızdırmanı aşağı salır. - Baldan istifadə etmək bəlğəmi aradan aparır. - Baldan istifadə etmək ürəyə çox faydalıdır. - Baldan istifadə etmək sinədə olan soyuqluğu aradan aparır. - Bir qaşıq bal ilə 7 ədəd qara çörək otu istifadə etmək qarında olan səsi və sancını aradan aparır. - Baldan istifadə etmək dərini şəffaflaşdırır. - Hədislərdə gəlibdir baldan istifadə etmək bütün xəstəliklər üçün faydalıdır. (Maide.az)