Obez insanlarda təkcə çəki deyil, iştahı və aclığı idarə edən hipotalamusun həcmi də artır.
Foodinfo.az bildirir ki, bunu Kembric Universitetinin alimlərinin araşdırmaları sübut edir.
Hipotalamus nə qədər yemək yediyimiz baxımından vacibdir. Əslində, canlı insanlarda beynin bu hissəsinin işi ilə bağlı birbaşa məlumatımız azdır. Bunun səbəbi çox kiçik olduğu üçün onu tapmaq çətindir. Əvvəllər beynin bu hissəsi heyvanlarda tədqiq edilib və müəyyən edilib ki, bir-biri ilə qarşılıqlı əlaqədə olan və iştahdan məsul olan çoxlu neyronlar var. İndi alimlər ən son texnologiyadan istifadə edərək müxtəlif çəkilərə malik 1351 xəstənin MRT görüntülərini təhlil ediblər. Məlum oldu ki, nazik hipotalamus həcmcə daha kiçikdir.
Fərid