Qərb mediası açıq şəkildə Çini yalnız "koronavirusla kifayət qədər mübarizə aparmaqda" deyil, bioloji silahların yaradılmasında ittiham etməyə başlayıb. Ekspertlərin fikrincə, qərbin bu cür açıqlamaları Çinə qarşı sanksiyalar üçün zəmin hazırlayır. Foodinfo.az xəbər verir ki, bu barədə "DailyMail" Britaniyanın anonim rəsmilərinə və kəşfiyyat agentlərinə istinadən məlumat yayıb. Qəzetin etibarlı mənbədən aldığı kəşfiyyat məlumatlarına əsasən virusun heyvandan insana ötürülməsi onun Uhandakı bir laboratoriyada hazırlanması versiyasını istisna etmir. Həqiqətən də pandemiyanın mərkəzinə çevrilən şəhərdə patogen mikrobloranı tədqiq edən Uhan Virusologiya İnstitutu var. Təhlükəli xəstəliklər, məsələn, yarasalar üzərində tədqiqatlar aparan daha az tanınmış bir qurum - Uhan Xəstəliklərə Nəzarət Mərkəzi də fəaliyyət göstərir. "Daily Mail" digər iddiasına görə, "ilk xəstə" Uhan Virusologiya İnstitutunun təcrübəsi zamanı təsadüfən yoluxmuş bir işçisi - Huan Yanlin olub. Lakin İnstitutun özü bu adamın 2015-ci ildə işdən çıxdığını iddia edir. Bununla yanaşı, 2020-ci ildə 28 yanvar tarixində dünyanın ən böyük nanotexnologiya mütəxəssislərindən biri, Harvard Universitetinin Kimya və Biologiya kafedrasının müdiri, doktor - Çarlz Liber ABŞ-da həbs edilib. FTB onu Çinin dünyanın hər yerindən elm adamlarını cəlb etdiyi "Minlərlə İstedad" beynəlxalq proqramında iştirak etməkdə günahlandırır. Təqsirləndirilməsinin səbəblərindən biri də əvvəllər Liberin rəsmi açıqlamalarda bu proqramda iştirak etməsini və ÇXR ilə əlaqələrin olmasını rədd etməsidir. Lakin ABŞ prokurorları müəyyən edib ki, 2012-ci ildə alim Uhan Texnologiya Universiteti ilə müqavilə bağlayıb. Müqavilədə Liberin 1 milyon dollar məbləğində böyük maaş və tədqiqat qrantı aldığı iddia olunur. Məbləğin bir hissəsi adətən reaktiv və digər xərclərin alınmasına, bir hissəsi isə alimin öz cibinə gedib.
Bununla birlikdə, Çarlz Liberin Uhan virusoloqlarının tədqiqatlarında hipotetik iştirakının yalnız bir versiya və olduqca spekulyativ xəbərlər olduğunu söyləyən ekspertlər də az deyil. (publika.az)