Körpələrə rahat yuxunu təmin etmək üçün müxtəlif qaydalara riayət etmək lazımdır. İlk öncə mühiti (işıq, səs, temperatur) uyğunlaşdırmağınız tövsiyə edilir. Uşaq yatdığı otaqda bütün işıqları yandırmağ olmaz. Çünki qaranlıq otaq uşağın bioloji ritmi ilə eynidir. Olduqca sakit bir mühit uşaq üçün yad gələ bilər. Odur ki, uşaqğı yatızdırarkən onu gözəl sözlərlə və xəfif zümzümə (laylay) oxumaq lazımdır. Uşaqların rahat yuxusu üçün 20-24 dərəcə temperatur normal sayılır. Körpəni yuxuya hazırlamaq üçün, yuxu öncəsi rituallar mütləqdir. Bunun üçün bir neçə fəaliyyət icra etmək olar: ilıq duş, uşaq massajı, rahatlayıcı musiqi və ya laylay söyləmək, əmizdirmək və ya əmzik vermək, qazını çıxarmaq, bələmək.
Gecə qidalanma: ilk 3 ayda körpə gecə 1-2 dəfə qidalana bilər. 3-6 ayında bir dəfə, 6 aydan sonra isə körpənin gecə qidalanmasına ehtiyac yoxdur. Həddən artıq qidalanma qarın nahiyəsində sancılara səbəb ola bilər. Bütün bu qaydalara əməl etməklə körpənin yuxu rejimini yaxşılaşdırmaq olar. Sadalanan bütün proseslərdən sonra körpənin yuxu problemi davam edirsə, bu zaman həkimə müraciət etmək lazımdır. Körpənin rahat yuxusu onun sağlamlığını qoruyur.