ABŞ-ın Yuta ştatının sakini lotereyada cekpotu vurub və tirajdan cəmi bir ay sonra milyonçu olduğunu bilib.

Fooddinfo.az bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.
J. Refugio Gonzalez Almeida lotereyanın daimi iştirakçısıdır. Bir gün baş mükafatı qazana bilməyən kişi ertəsi gün daha çox bilet almaq üçün mağazaya qayıtmaq qərarına gəlib.
Amerikalı püşkatmanın nəticələrini yalnız bir aydan sonra yoxlamaq qərarına gəlib. Onlardan biri ona iki dollar (, digəri isə səkkiz dollar mükafat gətirib. Sonra satıcı başqa bir bileti skan etdi və deyib ki, adam lotereya qərargahı ilə əlaqə saxlamalıdır.
Kişinin biletindəki rəqəmlər ilk beş rəqəmə uyğun gəlir və ona üç milyon dollar mükafat gətirir. Qalib bildirib ki, pulu bankdakı depozit hesabına yatırmağı planlaşdırır.

Fərid