Avstraliyada naməlum heyvanın parçaladığı dəniz sahilində iri insan yeyən köpək balığının qalıqları aşkar edilib. Foodinfo.az bildirir ki, bu barədə ABC News xəbər verir.

Yarıya bölünmüş heyvan Keyp Bridgewater bölgəsində yerli sakinlər tərəfindən aşkarlanıb. Balığı tədqiq edən balıqçılıq mağazasının müdiri Ben Constoun onun təxminən üç metr uzunluğunda olduğunu bildirib.

Constounun sözlərinə görə, yaraların xarakteri onu deməyə əsas verir ki, köpəkbalığı qatil balinaların hücumuna məruz qalıb. Bu dəniz heyvanları iki gün əvvəl görülüb. Körfəzdə dövrə vuran qatil balina dəstəsini fotoqraf Allen Makkoli görüb.

Qatil balinaların uzunluğu on metrə çatır və istənilən ölçülü balıqların öhdəsindən asanlıqla gələ bilər. Cənubi Afrikada onlar insan yeyən köpəkbalıqlarına qarşı o qədər tez-tez hücumlar həyata keçirirlər. Qatil balinalar onları parçalayıb, ciyərini yeyib, qalanlarına toxunmayıblar. Alimlər hesab edirlər ki, onları bu orqanın tərkibində olan skualen maddəsi cəlb edib.

Qeyd edək ki, böyük ağ köpəkbalığı dünyanın ən böyük yırtıcı balıqlarından biridir. Orta hesabla bu növün nümayəndələri uzunluğu 4,6-4,8 metrə qədər böyüyür. Onlar insanlar üçün ən təhlükəli köpəkbalığı növü hesab olunurlar.

Fərid