
"Nike" şirkəti innovativ "Aerogami" ağıllı gödəkçəsini təqdim edib.
Foodinfo.az "Digital Trends"ə istinadən xəbər verir ki, gödəkçə insan tərinə reaksiya verir, bu da istifadəçiyə uyğunlaşan xüsusi ventilyasiya sistemindən istifadə etməyə imkan yaradır.
"Aerogami" insan bədəni ilə təmasda olduqda ona isti olduğu zamanı müəyyən edə bilir.
Belə ki, dəridə tər əmələ gələn kimi gödəkçənin səthindəki ən kiçik havalandırma dəlikləri avtomatik olaraq açılır və material vasitəsilə daha yaxşı hava dövranını təmin olunur.
Havalandırma öz işini gördükdən sonra gödəkçə ilkin vəziyyətinə qayıdır.
"Aerogami"nin bu heyrətamiz bacarığı ventilyasiya dəliklərinə çəkilən, nəmə həssas xüsusi plyonka sayəsində əldə edilir. Bu plyonka, rütubətdən asılı olaraq, sıxıla və açıla bilir.
“Gələcəyin gödəkçəsi”nin qadın versiyasını 2023-cü ilin iyul ayında satışa çıxarmaq planlaşdırılır.
Fərid