Rusiyalı alimlər sümük toxumasının zədələnməsi problemini həll edəcək və uzunmüddətli perspektivdə mənfi nəticələrə səbəb olan ənənəvi implantları əvəz edəcək bioloji parçalana bilən sümük implantları üçün yeni material hazırlayıb, patent alıblar.

Foodinfo.az xəbər verir ki, bu implantlar bədəndən yad maddələrin çıxarılması üçün təkrar əməliyyatların qarşısını almağa kömək edəcək. 

Maqnezium və ya sink əsasında hazırda mövcud olan materialların çatışmayan cəhəti var: onlarda biodeqradasiya dərəcəsi çox yüksəkdir, bu isə sümük toxumasının bərpası bitmədən öncə implantın bütövlüyünün pozulmasına səbəb ola bilər.

Yeni material tibbin və travmatologiyanın inkişafında mühüm addımdır. Alimlər tibbi məqsədlər üçün istifadə niyyəti ilə onun sənaye istehsalını planlaşdırırlar.