Dörd tədqiqatçı NASA-ya Qırmızı Planetə uçuşa hazırlaşmağa kömək etmək üçün Marsın yaşayış mühitinin oxşarı olan məkana bir illik missiya ilə yollanıblar.

Foodinfo.az xəbər verir ki, NASA Kosmik Mərkəzində yerləşən CHAPEA yaşayış yeri 378 gün ərzində onların evi olacaq. Burada tədqiqatçılar "Mars şəraitində" yaşamaq və işləməyin çətinliklərini yaşayacaqlar.

Mətbəx, ayrı-ayrı yataq otaqları, vanna otağı və istirahət zonaları ilə təchiz edilən yaşayış mühiti astronavtların Marsda qarşılaşacaqları resurs məhdudiyyətlərini, avadanlıqların nasazlığını və rabitə gecikmələrini təkrarlayacaq.

Könüllülərdən ibarət komanda müxtəlif elmi fəaliyyətlərdə, o cümlədən məhsul becərilməsində iştirak edəcək.

NASA gələcəkdə insanları Marsa göndərmək və bu planetdə baza qurmaq istəyir, ona görə də missiyaların uğurlu olması üçün hazırlıq və sınaqlar həyati əhəmiyyət kəsb edir.

Natəvan