"Global Forest Watch" (Ümumdünya Meşə Müfəttişliyi) təşkilatının mütəxəssisləri peyk görüntülərindən istifadə edərək Amazonda meşələrin qırılma dərəcəsini qiymətləndiriblər. 

Foodinfo.az xəbər verir ki, 2022-ci ildə planetimizdə 41 min kv. km ərazisində tropik meşələr yox olub.

Alimlərin sözlərinə görə, bu ərazi İsveçrə və ya Niderland ərazisindən daha böyükdür. Amazonda meşələrin qırılma sürəti 2021-ci ilə nisbətən 10% artıb. İtkilərin 43%-i Braziliyada, 13%-i Konqo Demokratik Respublikasında, 8%-i Boliviyada baş verib. Qeyd olunur ki, müşahidələr ərzində 2022-ci il tropik meşələr üçün dördüncü ən pis il olub.

Hər 5 saniyədən bir futbol meydançasına bərabər olan tropik meşəsi sahəsi qırılıb. Nəticədə atmosferə atılan karbon qazının miqdarı  2,7 milyard metrik tona çatıb. Problemin miqyası çox böyükdür və Amazon meşələrinin qırılması prosesi dayandırılmasa, bəşəriyyəti ciddi nəticələr gözləyir.

“Biz iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi qorumaq və milyonlarla insanın sağlamlığını və dolanışıq vasitələrini qorumaq üçün ən təsirli alətlərimizdən birini sürətlə itiririk”, - deyə "Global Forest Watch"un rəhbəri Mikaela Vaysse vurğulayıb.

Nurlan