Bəzən bayramlarda, özəl günlərdə fikirləşirik: görəsən nə bişirək ki, hazırladığımız yeməklərin dadı, görünüşü ilə gələn qonaqları, ailə üzvlərimizi təəccübləndirə və sevindirə bilək. Məhz qabırğa dolmasını bişirməklə bu istəyimizə nail ola bilərik.
Foodinfo.az qabırğa dolmasının reseptini təqdim edir:
Bunun üçün ilk növbədə 1 ədəd bütöv qabırğa lazımdır.
Qabırğanın marinasiyası üçün lazım olanlar:
1 ədəd orta ölçülü soğan;
2 xörək qaşığı pomidor tomatı;
2 xörək qaşığı bibər tomat;
3 xörək qaşığı qatıq;
Duz, istiot, qurudulmuş kəklikotu.
İçlik üçün lazım olanlar:
2 xörək qaşığı kərə yağı;
1 ədəd soğan;
2 su stəkanı düyü;
2 xörək qaşığı fıstıq;
2 xörək qaşığı qarağat;
2 xörək qaşığı şəkər tozu;
1 çay qaşığı darçın;
Duz və istiot;
3 su stəkanı su.
Marinasiya üçün lazım olan bütün ərzaqları blenderdən keçirib qabırğanı bu qarışımla yaxşıca ovuruq və streçləyib soyuducuya qoyuruq. İçlik üçün bir plov qazanına kərə yağı töküb doğranmış soğanı qızardırıq. Fıstığı əlavə edib qovurmağa davam edirik, sonra düyünü, duzu əlavə edib qovururuq. Suda yumşalmış qarağatların suyunu süzüb əlavə edirik, ardınca darçını, istiotu töküb qarışdırırırq. Son olaraq su və şəkər tozunu əlavə edib qarışdırdıqdan sonra qazanın qapağını örtüb yüksək xodda bişiririk. Plovun suyu tam çəkilənə qədər 15 dəqiqə də vam xodda bişirdikdən sonra qapağını büküb dəmləndiririk. Marinə etdiyimiz qabırğanı götürüb dxovkanın qabına qoyub dəri hissəsindən bir cib açırıq. Bu açdığımız yerə hazırlanmış plovu doldururuq və açılmış hissəni iynə-sapla yaxşıca tikirik. Üstünü alüminum falqa ilə örtüb 180 dərəcədə əvvəlcədən qızdırılmış sobada 1 saat bişiririk. Sonra üstünü açıb qızarana qədər (təxminən 1 saat) bişirməyə davam edirik. Qızaran qabırğanın saplarını çıxardıb isti halda servis edirik. Nuş olsun!
Foodinfo.az
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir