Böyük Britaniyanın Kornuoll şəhərində qaratoyuqlar bütün giləmeyvələri yeyib və ənənəvi "Gilas festivalı"nı yarımçıq qoyub.

Foodinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Festival iyunun 28-də baş tutmalı və beş gün davam etməli idi. Lakin bayram ərəfəsində 80 ağacın bütün giləmeyvələri "yox olub".
Festivaldan əvvəl o, təşkilatçılar gilas bağlarını yoxlayıb, lakin giləmeyvələrin qaratoyuqlar tərəfindən yeyildiyi aşkarlanıb. Nəticədə festival ləğv edilib.

Təşkilatçılar gilas festivalı əvəzinə alma yığımı tədbirinin keçirilməsi nəzərdə tutur.
Nurlan