Əncirin insan orqanizminə faydaları saymaqla bitmir. Onu südlə bir araya gətirdikdə faydası daha da artır. Qış aylarında qrip, soyuqdəymə, öskürək şikayətləri artır. Bu problemlərdən təbii üsulla xilas olmaq istəyənlər, əncir və süddən yararlana bilərlər. 2 stəkan çiy südün içərisinə 2 ədəd quru ənciri doğrayıb südü qaynadın. 20 dəqiqə saxlayıb süzün və gündə 2 dəfə bu süddən için. Əgər boğazınız ağrıyırsa, 1-2 ədəd qurumuş ənciri 2 çay qaşığı balla birlikdə isti suda qarışdırıb çay kimi içə bilərsiniz. Hər hansı bir səbəbdən süd içə bilmirsinizsə, əncir qurusundan faydalanın. Süd içməyən insanlara gündə 3 ədəd quru əncir yemək tövsiyə edilir. Təzə ya da quru əncirin tərkibindəki zülal, vitamin və minerallarlar insan bədəninin hüceyrələrini yeniləyir. (Metbuat.az)