
Kardioloqu İosif Şubitidze bildirib ki, kofe ürək xəstəliklərinin qarşısını alır. Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru -ya müsahibəsində deyib ki, qəhvə endotelin (arterial hüceyrələrin daxili təbəqəsi) işini yaxşılaşdırır, bununla da aterosklerozun və damar tıkanıklığının qarşısını almağa kömək edir. Mütəxəssisin sözlərinə görə, qəhvənin tərkibində B vitaminləri, kalium və maqnezium var ki, bu da ürək ritmini normal saxlamağa kömək edir.
“Bundan əlavə, kofein birləşdirici toxumanın böyüməsinin qarşısını alır, içkinin özü isə hüceyrələrin insulinə həssaslığını artırır və şəkərli diabetin inkişaf riskini azaldır” – deyə həkim əlavə edib.