
Saç tökülməsi müxtəlif səbəblərdən baş verə bilər.
Foodinfo.az "Daily Express"ə istinadən xəbər verir ki, həkim Nil Patel bunun 5 səbəbinin ola biləcəyini açıqlayıb.
Onlardan biri genetikadır. Hesab olunur ki, keçəlləşmədə dihidrotestosteron (DHT) hormonu rol oynayır. O, saç follikullarının kiçilməsinə və saç istehsalının dayandırılmasına səbəb olur.
Baş, üz və bədənin digər hissələrində saç tökülməsinə səbəb olan alopesiya areata (ocaqlı dazlıq) xəstəliyi də var. Bu, autoimmun xəstəlik hesab olunur.
Bundan əlavə, hormonal dəyişikliklər də saç tökülməsinə səbəb ola bilər, xüsusilə menopauza və hamiləlik dövründə. Bir çox qadınların saçları doğuşdan sonra tökülməyə başlayır. Lakin bu hal müvəqqətidir və öz-özünə keçir.
Nəhayət, stress və çox az vitamin ehtiva edən pəhriz saç tökülməsinə səbəb ola bilər. Stress səviyyənizi azaltmaqla və daha sağlam qidalanmaqla bu problemi aradan qaldırmaq olar.
Nurlan