Ədviyyatlar immunitet sistemini gücləndirir. Dietoloqlar heç vaxt depressiyaya düşməmək və xəstələnməmək üçün qidaya hansı ədviyyatların əlavə edilməsini tövsiyə edirlər.
Ədviyyatlar yalnız onu daha dadlı və aromatik edən qida əlavələri deyil. İstənilən ədviyyat həm də müxtəlif xəstəliklərə və sağlamlıq problemlərinə qarşı bir növ “peyvənd”dir. Qədim Çindəki həkimlər belə bilirdilər ki, acı bibər və digər ədviyyatlar insanın gözəlliyinə və canlılığına əhəmiyyətli dərəcədə təsir edə bilər.
Faydalı xüsusiyyətlərin sayına görə lider acı çili bibəridir. Tərkibində maddələr mübadiləsini tənzimləyən, qan təzyiqini, həzmi və digər bədən sistemlərinin fəaliyyətini normallaşdıran kapsaisin maddəsi var.
Həmçinin, hər evdə zəncəfil ehtiyatı olmalıdır. Bu ədviyyat soyuq mövsümdə viral hücumların öhdəsindən gəlməyə, immunitet sistemini və mədə-bağırsaq traktını aktivləşdirməyə kömək edəcəkdir.