Əksər evdar xanımlar çörək bişirməyi çox xoşlayırlar. Foodinfo.az bu dəfə şəkər çörəyinin düzgün bişirilmə qaydasını sizə təqdim edir. Tərkibi: Əla növ buğda unu – 530 q, Ərinmiş yağ – 260 q, Şəkər kirşanı – 300 q, Yumurta – 1 əd, Vanilin – 3 q, Hazırlanması: Ərinmiş yağı şəkər kirşanı ilə 25 – 30 dəq. çalın. Bu zaman ona az-az yamurta ağı əlavə edin. Qarışığa vanilin və ələnmiş un qatılıb xəmir yoğrun. Həmin xəmirdən 60 – 75 qramlıq girdə kündələr hazılrayın. Perqament kağızı sərilmiş listlərə düzün. Üzərinə yumurta sarısı çəkib 175 – 180 C istilikdə 25 – 30 dəq. bişirin. Şəkərçörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpin. Şəkərçörəyi, novruz xonçasında səməni, şəkərbura, badambura, şor qoğal ilə birlikdə olur.