Foodinfo.az bu dəfə oxuculara şəkərçörəyin hazırlanma qaydasını təqdim edir. Tərkibi: 500 qram un, 200 qram kərə yağı, 300 qram şəkər tozu, 15 qram maya, 1 yumurta, vanil. Hazırlanması: Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanil əlavə edilib 20-25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilib möhkəm qarışıncayadək yoğrulur. Yumşalmış xəmir xırda-xırda kündələnir və içərisinə kalka sərilmiş tavaya düzülür. Sonra üstünə barmaqla yumurta sarısı vurulub, sobada 180 dərəcədə bişirilir. Nuş olsun! Ülkər/Foodinfo.az