Amerikanın Florida ştatının Port Sent-Lüsi şəhərinin sakini qəlyanaltı yemək üçün supermarketə gedib, lotereya bileti alıb və varlanıb. Foodinfo.az bildirir ki, bu barədə The Florida Lottery məlumat yayıb.
44 yaşlı Travis Hall, qalib gəldiyindın bir neçə gün sonra xəbər tutub. O, biletdən qoruyucu təbəqəni silib və beş milyon dollar məbləğində cekpotu udduğunu anlayıb.
O, bir neçə il ərzində bütün məbləğin hissə-hissə ödənilməsini gözləmək deyil, birdəfəlik ödəmə şəklində pul mükafatı almaq qərara alıb. Beləliklə, o, demək olar ki, dörd milyon dolların sahibi olub.
Fərid