Yakutiyadakı "ALROSA" qrupunun "Anabara Almazları" şirkəti son 10 ilin ən böyük almazını tapıb. Bu, hətta Rusiya tarixində ən böyük almazlardan biri sayılır.

 Foodinfo.az xəbər verir ki, 9 sentyabr 2023-cü il tarixində Saxa Respublikası ərazisindəki Mayat almaz mədənində tapılan qiymətli daş qeyri-adi formalı, sarı-qəhvəyi rəngdə kristaldır, çəkisi isə 390,7 karatdır.

Qeyd edək ki, daha öncə 401 karat ağırlığında almaz 2013-cü ildə tapılıb.