Emirates aviaşirkətinin stüardessası sərnişinlərə uçuşdan əvvəl, xüsusən də uzaq məsafələr təyyarə ilə səfərlər zaanı düzgün qidalanma qaydalarını açıqlayıb.
Foodinfo.az xəbər verir ki, o, fikirlərini “Daily Starla bölüşüb .
Avstraliyadan olan Şarlen Lou adlı stüardessa səyahətçilərə təyyarəyə minməzdən əvvəl ağır yeməklərdən uzaq durmağı və asan həzm olunan qidalara üstünlük verməyi tövsiyə edib. O, həmçinin qeyd edib ki, sərnişinlər nəmlənmə və yuxu keyfiyyətini qorumaq üçün kofein qəbulunu məhdudlaşdırmalıdırlar.
Aviaşirkət əməkdaşı uzun məsafələrə səyahətləri daha rahat etmək üçün təyyarədə hər iki tərəfi sərnişin olan yeri seçməməyi (məsələn, pəncərə tərəfdə olan yerdə oturmağı), birbaşa uçudansa transit uçuşlara üstünlük verməyi, təyyarədə yüngül paltar geyinməyi, hərəkətsiz qalmamağı və uçuş zamanı yüngül məşqlər etməyi, boyun yastığı və qulaqcıq götürməyi tövsiyə edib.
Bundan əvvəl Amerikanın Delta Airlines aviaşirkətinin stüardessası sərnişinlərin təyyarəyə minərkən yol verdiyi əsas səhvləri sadalamışdı . Onun sözlərinə görə, səyahət edənlər şarj cihazları, kitablar, qulaqlıqlar və hər hansı digər əşyalar üçün əl yüklərini axtarmaqla keçidləri bağlamamalıdırlar.