Amerikanın Nyu-Cersi ştatının Şimali Vayldvud şəhərində bir ailə İrlandiyada dənizə atılan və 4 ildə beş min kilometr yol qət edən butulkanın içində ismarıc tapıb. 

 Foodinfo.az bildirir ki, bu barədə “Irish Central” məlumat yayıb.

Belə ki, Frenk Bolger həyat yoldaşı Karen və nəvəsi Otam ilə sahildə zibil yığarkən suyun kənarında yosun içərisində bir şüşə görüb. Əvvəlcə bunun sadəcə zibil olduğunu düşünsələr də, sonra içində kağız parçası tapıblar.

Kağızda bu zözlər yazılıb: “İrlandiyadan salamlar. Bu şüşəni dənizə atdım ki, bir gün kimsə tapsın. Bəlkə, Afrikaya və ya İslandiyaya üzəcək. Onun tapılıb-tapılmayacağını bilməyəcəyəm, amma ümid edirəm ki, tapılıb”. 

Məktub 17 iyul 2019-cu il tarixində yazılıb və qəribə "Aoife" adı ilə imzalanıb.