Qabda yanmış və ya yapışmış yemək olduqca xoşagəlməz bir vəziyyətdir. Bu vəziyyətdən qaçmaq üçün əvvəlcədən düşünmək lazımdır. Foodinfo.az problemin öhdəsindən gəlməyə kömək edəcək bir neçə yol təqdim edir:
Duz - Bu üsul alüminium qablar üçün uyğundur. Sadəcə bir az yağ tökün və üzərinə bir çimdik duz əlavə edin.
Alma sirkəsi - Günəbaxan yağını əlavə edin və isti olduqdan sonra bir az alma sirkəsi tökün və aşağı istilikdə buxarlandırın.
Təbii kərə yağı - Bu məhsulun tərkibindəki yağlı birləşmələr yanmanın qarşısını almağa kömək edəcək. Tavaya bir qaşıq təbii yağ qoyun və bütün səthi yağlayın.