Smartfonun batareyası xarab ola bilən bir hissədir və onu iki-üç ildən bir dəyişdirmək lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə "Sputnik" radiosuna "Mobile Research Group"un aparıcı analitiki Eldar Murtazin məlumat verib.

Onun sözlərinə görə, Rusiyada hər ay 10-a qədər smartfonun yanması faktı qeydə alınır, digər ölkələrdə də analoji statistikadır. Alovlanmaya rütubətli hava və ya batareya qabığı zədələnmiş cihazın suya düşməsi səbəb ola bilər. Çox vaxt smartfonlar bu zaman tüstülənməyə başlayır.

Yanğının digər səbəbi də ola bilər: ya zərbə və batareyanın qabığının zədələnməsi, ya da gücü həddən artıq çox olan keyfiyyətsiz şarj cihazı (yaxud xarici doldurma batareyası - "powerbank").

Mütəxəssis xəbərdarlıq edib ki, batareyası şişmiş cihazdan istifadə etmək olmaz: hər an alovlana bilər. Həmçinin, cihazı birbaşa günəş işığı altında qoymaq da məsləhət deyil: bu, smartfonun həddindən artıq qızmasına və ömrünün azalmasına səbəb ola bilər.

Nurlan