Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, trans yağlar dünyada hər il təxminən, 550 min nəfəri ürək-damar xəstəliklərinə məruz qoyur və ölümünə səbəb olur. Bu yağlar saysız xəstəliklərin yaranmasının birbaşa səbəbi kimi bilinir. Buna görə də ÜST 2023-cü ilə qədər trans yağların qida siyahısından tamamilə çıxarılması üçün çağırış edir. Dünyada ilk olaraq 2003-cü ildə Danimarka süni yağların istifadəsini ölkə miqyasında məhdudlaşdırıb.
Trans yağ nədir?
Trans yağ bir çeşid doymamış yağ turşusudur. İki qrupa ayrılır: təbii yolla əmələ gələn və sənaye üsulu il əldə edilən. Təbii yolla əmələ gələnlər ət və süd məhsullarında az miqdarda olur. Süni yolla əldə edilənlər isə bitkilərdən alınan yağlara hidrogen əlavə edilərək düzəldilir. Beləliklə, yağın “piştaxta ömrü” uzadılır və yenidən isidilməyə qarşı müqaviməti artırılır. Yarımfabrikat məhsullar, un məmulatları, kartof qızartması, toyuq naqqetsləri və bəzi kabablar kimi qızardılmış yeməklərdə yüksək miqdarda süni yağ var.
Zərərləri
Süni yağ qanda xolestrol və triqliseritin miqdarını artırır və ürək-damar xəstəliklərinə səbəb olur. 2 tip diabet, insulin mqaviməti, metabolim sindrom, artıq çəki və piylənmə, döş, mədəaltı, prostat, nəfəs borusu xərçənginə, cinsi çatışmazlıq və sonsuzluq, alzaymer kimi təhlükəli xəstəlikərə səbəb ola bilər.
Faydaları
Trans yağların insan fiziologiyasına hər hansı fayda verməsi bu günə qədər aparılan araşdırmalarda isbat edilməyib. (Publika.az)