“WhatsApp” tərtibatçıları zənglər zamanı istifadəçilərin İP ünvanının gizlədilməsi funksiyasını messencerə əlavə edəcəklər. Bu, geolokasiyanı gizlətmək imkanı yaradacaq.
Foodinfo.az xəbər verir ki, "WhatsApp"-ın 2.23.18.15 beta versiyasında tapılan yeni funksiya sayəsində zəng edənin yerini tapmaq çətinləşəcək, zənglər birbaşa "WhatsApp" serverlərindən keçəcək. Lakin bu halda zəngin keyfiyyəti bir qədər düşə bilər.
İstifadəçilər messenceri yenilədikdən sonra bu funksiyanın olub-olmadığını yoxlaya bilərlər: stabil versiyada nə zaman tətbiq olunacağı dəqiq məlum deyil. Bunu etmək üçün "Konfidensiallıq" bölməsindəki parametrlərdə "Zənglər"i seçmək lazımdır.
Tərtibatçılar, həmçinin, mesajların, zənglərin və yönləndirilən kontentin ələ keçirilməsinə qarşı müdafiənin daha da etibarlı olması üçün gücləndirilmiş qorunma və trafik şifrələməsi üzərində çalışırlar.