"Xiaomi" şirkəti Çində yeni məhsulunu təqdim edib - "MIJIA Mini Fascia Gun 2C". 

Foodinfo.az xəbər verir ki, bu, əzələ ağrısını aradan qaldırmağı və gərgin əzələləri rahatlamağı vəd edən bir masaj alətidir.

"MIJIA Mini Fascia Gun 2C" portativ dizayna malikdir və cəmi 350 q ağırlığındadır, bu da onu yüngül və istifadəsini rahat edir. Kompaktlığına baxmayaraq, sözügedən masaj aləti dərin qatlara nüfuz etmək və əzələ gərginliyini aradan qaldırmaq üçün kifayət qədər gücə malikdir.

Cihaz istəyinizə uyğun iki masaj rejimi təklif edir. Eyni zamanda, alət əvvəlki parametrləri yadda saxlayan intellektual yaddaşla təchiz edilib.

Güclü maqnit mühərriki və 1900 mAs tutmlu batareya cihazın səmərəli işləməsini təmin edir.

Hazırda "MIJIA Mini Fascia Gun 2C" cihazını yalnız Çində, məşhur JD.com onlayn mağazası vasitəsilə almaq mümkündür, qiyməti isə 34 dollardan başlayır.

Nurlan