Frensis Krik İnstitutunun tədqiqatçıları, tərkibində indol olan ümumi pəhriz əlavələrinin faydalarını qeyd etdib. Cell Host & Microbe jurnalında dərc edilən araşdırmaya görə, uyğun pəhriz iki yaşdan kiçik uşaqlar arasında yayılmış kriptosporidiumun yaratdığı xroniki infeksiyadan qoruya bilər.
Könüllülərin Cryptosporidium-a məruz qaldığı əvvəlki bir araşdırma, nəcislərində daha yüksək səviyyədə indol olan insanların infeksiyaya davamlı olduğunu göstərib. İndollar brokoli kimi tərəvəzlərində çox rast gəlinən molekullardır və bağırsaq, dəri və ağciyərlərdə maneə funksiyasını dəstəkləyən aromatik karbohidrogen reseptorunu (AHR) aktivləşdirdiyi bilinir.
Yeni təcrübələrdə tədqiqatçılar siçanları parazitə yoluxdurub və infeksiyanın birinci müdafiə xəttinin bir hissəsi olan bağırsaq epitelində (bağırsaqları əhatə edən hüceyrələrin təbəqəsi) immun hüceyrələrinin böyüməsinə səbəb olduğunu qeyd ediblər
AHR reseptoru olmayan siçanlarda və ya indol çatışmazlığı ilə qidalanan sağlam siçanlarda bağırsaq CD8+ T hüceyrələrinin sayı azalıb. Bu, bu heyvanların infeksiyaya qarşı daha az mübarizə aparması demək idi və CD8+ T hüceyrələrinin bağırsağı qorumaq üçün AHR sistemindən asılı olduğunu göstərib.