Yapon alimləri çayın faydaları ilə fincanın şirəsi arasında əlaqə tapıblar.

Naqoya Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, keramika stəkanlarının şirəsi yaşıl çayın tərkibindəki faydalı elementlərin saxlanmasına təsir göstərə bilər. Bu barədə Naked Science portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, alimlər Yapon şirəsinin dörd növünü tədqiq ediblər. Təcrübə nəticəsində onlar aşkar ediblər ki, Oribe, Namako və Irabo növləri ilə qarışdırılan məhlullarda Toumei şirəsi ilə örtülmüş çayniklə müqayisədə müəyyən antioksidantlar daha azdır.

Nurlan