Yaşıl çay, qəhvə kimi, kofein ehtiva edir, lakin daha az miqdarda. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-dan olan dietoloq Aviv Coşua danışıb.

Onun sözlərinə görə, orta stəkan yaşıl çayda təxminən 29 milliqram kofein var. Bu arada eyni miqdarda qəhvədə təxminən 133 milliqram, qara çayda isə 47 milliqram kofein mövcuddur. Yaşıl çayda daha az kofein olsa da, L-theanine amin turşusu səbəbiylə o, ayıqlığa bənzər təsir göstərə bilər.