Britaniyalı bir qadın ağzına çoxlu zefir doldurmağa çalışdı və nəfəsi kəsildi. Foodinfo.az bildirir ki, bu barədə BBC News xəbər verir.

Pontypridddən olan 37 yaşlı Natali Bass Beddau Reqbi Futbol Klubunun təşkil etdiyi xeyriyyə ianə toplama tədbirində iştirak edib. Klub Bassın böyük oğlunun məşq etdiyi kiçik reqbi oyunçularından ibarət komanda üçün pul toplayıb. Britaniyalı qadın lotereyada iştirak edib və qalib olub. O, komik zefir yemək müsabiqəsinə səhnəyə dəvət olunub.

Çətinlik ağzınıza mümkün qədər çox zefir sığdırmaq idi. Qadın hər yeni zefiri paketdən götürərkən DJ və tamaşaçılar birlikdə saydılar. İştirakçı tamaşaçılarla gülən zaman qəfil yıxılıb. Şirniyyat qadının tənəffüs yollarını bağlayıb və o, boğulmağa başlayıb. Ona kömək etməyə çalışsalar da Bassı xilas edə bilməyiblər.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Beddau Reqbi Futbol Klubunun sözçüsü hadisəni "faciəli qəza" kimi qiymətləndirib və əlavə şərh verməyib. Beddau Reqbi Futbol Klubunun oynadığı reqbi klublarının üzvləri qadının ailəsinə başsağlığı verib.

Nurlan